İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Avropa platformalarında iştirak etmək istəmir, çünki..." - SENSASİON İDDİA

2042 06.10.2023 16:52 Son xəbər A A

Qranada sammitinin nəticələri Ermənistanda birmənalı qarşılanmayıb. Ermənistan hakimiyyətinin nümayəndələri bunu diplomatik qələbə adlandırmağa tələsdilər, rəqibləri isə tamamilə əks fikirdədirlər. Sammitin nəticələri onların fikrincə, Ermənistan üçün əsl fiaskodur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq Suren Surenyants da təxminən sonuncuların mövqeyindən çıxış edir.

Politoloq S.Surenyantsın fikrincə, Avropa sammitinin nəticələri İrəvana mənəvi dəstəyi ifadə etsə də, Ermənistanın təhlükəsizliyinə mövcud təhdidləri həll etmir.

"Azərbaycan Prezidentinin görüşdə iştirak etməməsi bu bəyanatı daha simvolik bir sənədə çevirdi və onun təsiri az oldu. Siz başa düşməlisiniz ki, Azərbaycan indi Avropa platformalarında danışıqlarda iştirak etməyə o qədər də həvəsli deyil, çünki orada o, artıq maksimum nəticə əldə edib. Azərbaycan Qarabağ üzərində suverenliyinin tanınmasına nail olub. Bakı obyektiv şəkildə kommunikasiyaların açılması məsələsini daha çox Moskva və Ankara ilə, dialoq vasitəsilə həll etmək istəyir.

Nəticədə Qranadada Ermənistana mənəvi dəstək verildi. Amma eyni zamanda, Azərbaycanın yoxluğunda orada qəbul edilən sənəd Azərbaycanın Qarabağa "hücumundan" sonra yaranmış bütün problemlər fonunda kifayət qədər zəifdir. Bəyanatda buna (Azərbaycanın son antiterror tədbirləri - red.) toxunulmayıb. Orada Qarabağda erməni əhalisinin "etnik təmizləmə"yə məruz qaldığı ilə bağlı da heç nə yoxdur", - deyə erməni politoloq qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR