İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Əhmədov vəfat etdi - FOTO

2210 29.12.2023 18:46 Hadisə A A

BDU-nun professoru Azər Əhmədov vəfat edib.

Musavat.com azxeber-ə istinadən bildirir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov vəfat edib.

Azər Əhmədov 29 aprel 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri fizika kafedrasının aspirantı olub. 1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Məqaləyə dair fotomateriallar:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR