İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərilə görüşdü - Problemlərə dair QƏRARLAR VERİLDİ FOTO

514 04.04.2024 20:24 Ölkə A A

Bu gün deputat Azay Quliyev 7-ci mikrorayonda Kunanbayev küçəsi 5a/15, 5b/15, 5/13, 9, 9a, 9/25, 18a, 24, 28, 60/30, 62, 64/11 saylı binaların həyətində seçicilərlə görüş keçirib.

Musavat.com xəbər verir ki, seçicilər binaların təmiri, su və kanalizasiya sistemində mövcud çatışmazlıqları, həyətlərin abadlaşdırılması, məşğulluq, əfv və digər məsələləri deputatın diqqətinə çatdırıblar.

Görüşdə mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələrinin iştirakı ilə seçicilərin qaldırdığı məsələlərin bəzilərinin həlli ilə bağlı konkret qərarlar qəbul edilib.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR