İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev Rumıniyada görüşlər keçirdi - mühüm müzakirələr FOTO

674 29.05.2024 22:14 Siyasət A A

Mayın 29-da Azərbaycan Respublikasının Milli Məclisinin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev Rumıniyaya səfəri çərçivəsində Buxarest şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib.

Musavat.com Azərbaycanın Rumıniyadakı səfirliyinə istinadən xəbər verir ki, daha sonra Rumıniya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Dan Barna ilə keçirilmiş görüş zamanı iki ölkə arasında parlamentlərarası münasibətlərin yüksək səviyyəsi qeyd edilib. Həmçinin, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanmış, bu xüsusda “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin dekabr ayında Rumıniyaya həyata keçirdiyi işgüzar səfəri qeyd edilmişdir. Bununla əlaqədar, ikitərəfli münasibətlərdə enerji, nəqliyyat və bağlantı komponentlərinin oynadığı vacib rol, o cümlədən Avropaya “yaşıl enerji”nin ötürülməsində iki ölkə arasında mövcud əməkdaşlığın önəmi qeyd edilmişdir.

Görüş zamanı D.Barna 28 May - ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan tərəfini təbrik edib.

Görüşdə Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətləri səfiri Qüdsi Osmanov iştirak edib.

Daha sonra Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyini ziyarət edən A.Quliyev, burada Səfirliyin kollektivi ilə görüş keçirib, iki ölkə arasında mövcud əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR