İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev Polşada parlament seçkilərini müşahidə edəcək

524 11.10.2023 12:40 Siyasət A A

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Polşa Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 11-də Varşavaya səfər edəcək.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, deputatımız oktyabrın 15-də keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. O, müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.

Səfər oktyabrın 16-da başa çatacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR