İnsanlara hürriyət, millətlərə istiqlal!

Azarkeşlər restorana basqın edərək futbolçuları döydülər - VİDEO

771 10.04.2023 16:32 Hadisə A A

TFF 2-ci Liqada mübarizə aparan "Balıkesirspor"un səfərdə 2:0 hesabı ilə uduzduğu matçının qayıdışında restoranda futbolçularla azarkeşlər arasında dava düşüb.

Musavat.com xəbər verir ki, "Balıkesirspor" səfərdə "Uşakspor"a 2:0 hesabı ilə uduzub.

"Balıkesirspor"un bu hesabdan sonra "Uşakspor"la xal fərqi 5-ə yüksəlib. 

Qarşılaşmadan sonra “Balıkesirspor” azarkeşləri komandalarına sərt reaksiya göstəriblər. Azarkeşlərin futbolçulara reaksiyası zamanı gərginlik yaşanıb. Müzakirə böyüdükdən sonra futbolçular və azarkeşlər bir-birini təpikləyib və şillələyiblər. Bir azarkeşin də futbolçulara stul atdığı görülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR