İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad agent olacaq oyunçular "Barselona"nın transfer siyahısında

853 18.10.2022 15:07 İdman A A

"Barselona" indidən yay transfer pəncərəsi üçün planlar qurmağa başlayıb.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub böyük məbləğlər xərcləyə bilməyəcəyini başa düşür . Bu səbəbdən Kataloniya təmsilçisi bütün diqqətini azad agent statusu alacaq futbolçuların transferinə yönəltmək qərarına gəlib.

Bildirilib ki, "Barselona" müqaviləsi gələn ilin yayı başa çatan 8 oyunçudan ibarət qısa siyahı hazırlayıb. Onların arasında Marko Asensio ("Real"), Nqolo Kante və Jorjinyo (hər ikisi "Çelsi"), İniqo Martines ("Atletik" Bilbao), Milan Şkrinyar ("İnter") və Lionel Messi (PSJ) də yer alıb.

Bildirilir ki, Messinin transferi əsas hədəfdir. Klub onu geri qaytarmaqda israrlıdır. Bu, “Barselona” prezidenti Joan Laportanın arzusudur.

Qeyd edək ki, Messi ötən ilin yayında Kataloniya təmsilçisindən azad agent kimi ayrılıb və PSJ-yə keçib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR