İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysunun keçmiş əri qızının FOTOSUNU yaydı

11131 07.09.2023 00:02 Şou-biznes A A

Bu ilin aprelin birində müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan rəsmi şəkildə boşanan Eşqin Cəlilov son paylaşımı ilə gündəmə səs salıb.

Gundem.az xəbər verir ki, Eşqin qızı ilə birlikdə çəkilmiş fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

İlk nikahından dünyaya gələn qızının görüntüsünü yayımlayan Eşqin onun üzünü gizlədib.

Qeyd edək ki, A.İsmayılova E.Cəlilovla qonaq olduğu "YouTube"da yayımlanan "Tarix Əliyev ilə Səmimi" verilişində Eşqinin ondan əvvəl ailəli olduğunu açıqlamışdı. Aysun bildirmişdi ki, Eşqin rus qadınla evli olub.

Xatırladaq ki, ötən il ailə quran Aysun və Eşqin bu il qalmaqallı şəkildə boşanıb. Mayın 26-da A.İsmayılovanın keçmiş əri E.Cəlilov ona fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunaraq, 30 sutkalıq həbs olunmuşdu. Aysun İsmayılovanın şikayəti geri çəkməsindən sonra Eşqin azadlığa çıxmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR