İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysel Şükürə İstanbulda "evlilik təklifi" edildi - VİDEO

1831 18.09.2023 23:43 Şou-biznes A A

Məşhur bloqer Aysel Şükürə İstanbulda evlilik təklifi edilib.

Musavat.com Bizim.Media-a istinadla xəbər verir ki, influser bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

Belə ki, axşam saatlarında İstanbulda Asiya və Avropa yarımadalarını birləşdirən Yavuz Sultan Səlim körpüsünün üzərində led işıqlarla "Aysel mənimlə evlənərsən?" yazılmış poster yayımlanıb.

Həmin görüntünü izləyicilərlə bölüşən Şükür "Fiziki olaraq orada olmasam da, bu videoda əks olunan duyğular danılmazdır. Sevgi həqiqətən sərhəd tanımır və İstanbuldakı bu sürpriz təklif də bunun sübutudur. Bu sürpriz məni çox duyğulandırdı" sözlərini yazıb. Qeyd edək ki, Aysel Şükür iki dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən bir, ikinci həyat yoldaşı Oqtaydan isə əkiz oğulları var.

Aysel keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR