İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Bəylərin nəşinin Bakıya gətirilməsi niyə yubanır? - VİDEO

8656 07.01.2024 12:31 Gündəm A A

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşinin bu gün Bakıya gətiriləcəyi planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə BAKU TV-yə Əməkdar artistin yaxınları bildiriblər.

Onlar qeyd edib ki, sənətçi dünyasını Türkiyədə dəyişdiyinə görə sənədləşmə prosesi uzun çəkir. Bu səbəbdən cənazənin ölkəyə gətirilməsi yubanır.

"Sənədləşmə işləri həll olunan kimi Əməkdar artistin nəşi Türkiyəyə göndərilən xüsusi təyyarə ilə Bakıya yola düşəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) bu gecə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR