İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Bəylərin bacısı məclisdə AĞLADI - VİDEO

945 21.02.2024 13:47 Şou-biznes A A

Bir neçə gün əvvəl özünə təmtəraqlı doğum günü keçirən Əməkdar artist Firuzə İbadovanın məclisində mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətovanın çıxışı hər kəsi göz yaşlarına boğub. 

Musavat.com bizim.media-ya istinadən bildirir ki, mərhumun bacısı İbadova ilə səhnədə qucaqlaşaraq Aygünün repertuarının şah əsəri olan "Tut ağacım" mahnısını ifa edib.

Diqqət çəkən məqam isə sözügedən bəstənin nəqarət hissəsində mərhumun səsinin olması olub. 

Zümrüd nəğməni səsləndirərkən Firüzə ilə birlikdə kövrələrək göz yaşlarına boğulublar. 

Həmin anlar məclisdə iştirak edən qonaqlar tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb. 

Həmin görüntüləri sizə təqdim edirik: 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR