İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Bəylərdən danışan Röya: "Çox xətrimə dəymişdi, amma istəyərdim ki..." - VİDEO

1866 11.01.2024 16:50 Ölkə A A

Xalq artisti Röya Ayxan mərhum sənətkar Aygün Bəylərlə aralarında yaranan küsülülükdən danışıb.

Sənətçi bu barədə "İncə səhər" proqramına açıqlamasında aralarında inciklik olmasına baxmayaraq, Bəylərin vəfatına görə kədərləndiyini bildirib:

"Bu hadqa mən çox dərin danışmaq istəmirəm. Çünki həmin adamı dərin tanımırdım. Yalan olmasın. O mənim çox xətrimə dəymişdi. Doğurdan da küsmşüdüm. Lakin bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var, bilmək olmur sabah nə olacaq.

Ona görə nə könül qıraq, nə də ki kiminsə pis enerjisini içimizdə aparaq. Mən çox istəyərdim ki, o yaşasın. Çünki bir balası var. Amma o ömür boyu da yaşayacaq".

Xatırladaq ki hər iki məşhur arasında 6 il əvvəl qalmaqal yaşanıb. Aygün Bəylər verilişlərin birində “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən” deyərək qalmaqal yaradacaq fikir səsləndirmişdi./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR