İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ayaz Mütəllibov son vaxtlar oğlunun evində qalırdı, çünki... "

1523 28.03.2022 12:12 Gündəm A A

"Mərhum Ayaz Mütəllibov son illər oğlu Zaurun evində yaşayırdı. Çünki bura şəhərin mərkəzidir, hər halda xəstə adam üçün daha rahatdır. Özünün Mərdəkanda bağ evi var idi, lakin xüsusən də pandemiya dövründə tək qalmamaq üçün oğlunun evinə köçmüşdü.

Bildiyiniz kimi mərhum xəstə idi və bir neçə dəfə xəstəxanaya məhz elə bu binadan aparılıb".

Bu sözləri eks-prezident Ayaz Mütəllibovun son dövrlərdə yaşadığı binanın komendatı Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, Ayaz Mütəllibovun dəfn mərasimi ilə bağlı hazırlıq prosesi başlayıb.

Hazırda mərhumun evinə ailə üzvlərindən başqa heç kəs buraxılmır. Yaxınlarının verdiyi məlumata görə eks-prezidentlə vida mərasimi saat 13:00-da  Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunacaq. Daha sonra mərhum  I Fəxri Xiyabanda dəfn olunacaq.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR