İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayanın 450 minlik avtomobili qalmaqal yaratdı

1660 20.02.2024 01:04 Şou-biznes A A

Müğənni Ayan Babakişiyevanın özünə ən son model lüks avtomobil alması günlərdir müzakirə mövzusuna çevrilib.

İfaçının qiyməti 225 min avro (450 min manat) olan 2023-cü il model BMW XM maşınını sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmadı. Bəziləri bu hərəkətinə görə Ayanı tənqid atəşinə tutub.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənnilərin bunu bir-birinin acığına etdiyini bildirib:

“Təəssüflər olsun ki, son illər müğənnilər arasında mal-mülkünü, maşınını paylaşmaq, reklam etmək dəb halını alıb. Burada həm həmkarlarına acıq vermək məsələsi, həm də “toy tutmaq” məsələsi var. Çoxdandır ki, bizdə milli-mənəvi dəyərlər geyimlə, bər-bəzək, maşınla ölçülür. Əvvəlki kimi ağıl, əxlaq, savad, səviyyə, sənət yoxdur. Bunu edənsə, məhz televiziyalar və Azərbaycan xalqının pulu ilə kef edən manıslardır. 

FotoJet - 2022-03-22T113131.231.jpg (29 KB)

Mən Ayan Babakişiyevanı uzun illərdir tanıyıram. Onu həmişə normal, ailəcanlı xanım kimi tanımışam. Əvvəllər məclislərdə qarşılaşardıq. Yeddi-səkkiz ildir ki, mən Ayan xanımı görmürdüm, o gün ilk dəfə gördüm, soruşdum ki, bu kimdir? Dedilər Ayandır da. Elə dəyişib ki, mən belə onu tanıya bilmədim. Bütün bədənini, sir-sifətini dəyişib. Bu, son vaxtlar Azərbaycan şou-biznesinin faciəsinə çevrilib, hamı botoks edir, qaş-göz dartdırır, burnunu düzəltdirir. Hamı bir-birinə bənzəyir. Əgər insanlar Allahın verdiyi əmanətə xəyanət edirlərsə, deməli, qiyamət yaxınlaşır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR