İnsanlara hürriyət, millətlərə istiqlal!

AY KİMİ AY: May kimi May!

738 10.05.2024 14:46 Yazarlar A A

Yenə aylardan maydır: əziz ay, gözəl ay, yaşıl ay! - Cümhuriyyətimizi elan etdiyimiz, Ümummilli Liderimizin doğulduğu, faşizm üzərində qələbə çaldığımız ay!

LİDER YENİ.jpg (92 KB)

Əzizdir, gözəldir - amma nə müddətdir bu ay ölkəmizdə toyların səngiyini görürük - kökündən yanlışdır; axı may niyə toy edilməsi yasaq ay olsun ki?! Toyu elə mayda edərlər! - Məgər haylar bu ay toy etməzmiş (Allah ağzımı əyməsin, bizim camaat Məhərrəmlikdə toy etmədiyi kimi)… - Haylar toy etmir - bağışlayın məni, cəhənnəmə etsin, ondan bizə nə?! Nəymiş, əfəndim, guya 1915-ci il aprelin 24-də “erməni soyqırımı” olubmuş, onların olmayan “40”-ı çıxıncayadək də toy etməzlərmiş və bu, soyxanı da bizim sadəlöhv insanlar ağına-bozuna baxmadan mənimsəyibmiş… Sonra “əsl səbəb” unudulub, ancaq adət qalıb: mayda toy etməzlərmiş! Qoy, tarixçilər, etnoqraflar, mərasim mütəxəssisləri daha dəqiqini yazsın/desin amma mən belə eşitmişəm və əgər doğrudan da beləsə, bacaran soydaşkarımız məhz bu maydan etibarən toylara başlasın deyərdim! Olmayan bir “soyqırım”a görə yadelli və də vandal bir tayfaqırığının “qara gün”ünü, hələ-hələ onun da “40”-nı gözləmək bizəmi qalıb?!

Ümumiyyətcə qaramatdan, yaslardan çıxmaq lazımdır!

Bəli, 20 Yanvar, 26 Fevral, 31 Mart, 27 Sentyabr kimi xüsusi günlərimizin öz dərinliyi var - qəbulumuzdur; lakin biz məhz bu xüsusi günlərimizdəki şəhidlərin uğrunda qurban olduğu, diləklərinin çiçəklədiyi, ideallarının gül açdığı, ətir saçdığı möhtəşəm 8 Noyabr - Zəfər Günü olan xalqıq! Bu xalq başı dik, alnıaçıq gəzməyi haqq edir!

İLHAM ESGER.jpg (246 KB)

Bəli, 8 may (Şuşanın işğal günü), 18 may (Laçının işğal günü) kimi qaramat günlər vardı - onlar da digər qaramat günlər kimi bir 8 Noyabrla sıradan çıxdı!

9 May, 10 May, 28 May - bu üç möhtəşəm gün 8 Noyabrdan sonra bir başqa üfüq qazanıb, hər üç əlamətdar günü artıq ürəkdolusu vurğulaya bilirik!

Təsəvvür edin: 8 may - Şuşanın işğal gününün kədərindən sıyrılmamış faşizm üzərində qələbəyə necə ürəkdən sevinərdik? Axı o faşizm ki, biz XX yüzilin sonu-XXI yüzilin əvvəllərində məhz onun görünməmiş təzahürlərinə, vandallığına məruz qalmışdıq.
9 May -Faşist Almaniyası üzərində Qələbə Günü kimi tarixləşib - başa düşürük, ancaq biz 8 may da daxil olmaqla və 30 il boyunca “yaşayan, böyüyən erməni faşizmi”nin ağır günlərini yaşayırdıq… 3 milyonluq əhalimizin 600 mininin cəbhələrdə döyüşdüyü, onun 300 mininin həlak (və ya itkin) olduğu 1941-45-ci illərin öz məna-müzakirəsi var;

30 illik işğalın və minlərlə şəhidimizin, itkin, əsir və girov soydaşımızın taleyinin də öz məna-məsuliyyəti var… Bu müzakirə, məsuliyyət və mənalar bir parlaq Gün sayəsində, 8 Noyabr eşqi ilə aydınlığa, çözümə qovuşdu! Necə deyərlər, isti qucaqlardakı işğalçı cücələri payızda saydıq!

Biz Mayın ecazına, şövqünə, zövq-səfasına həmişə inanmışıq, təbiət inandırıb, kainat inandırıb, tarix inandırıb, dədələrimiz inandırıb!

Biz maya bütün pozitivləri yaraşdırma haqqına sahibik.

Bax, Qalib Ölkə vətəndaşı olmaq böylə bir haqq dəxi tanır bizlərə!

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür!

HEYDER.jpeg (81 KB)

Ötən il 100 illik şanlı yubileyi, Azərbaycanda “Heydər Əliyev İli”ni böyük məhəbbətlə keçirdik.

Ötən il məlum şanlı və undulmaz tarixi hadisələrə səhnə oldu! Adın, Ömrün, İlin kəraməti özünü göstərdi! Bu ilsə, 10 May - ərazi bütövlüyünün bərpa olunması, suverenliyin təmin olunması, Qazaxın kəndlərinin qaytarılma prosesinin başlanması kimi önəmli hadisələrin sevincinə, qüruruna bələnib. Bax, Heydər Əliyev bu şanlı günləri görürdü, bilirdi, inanırdı və bizi inandırırdı! Zatən, inam olması yaşamağın bir məzmunu olmazdı, formal olaraq yaşamaq yaşamaq deyil.

Doğrudan da, inam - kəskin qılıcdır doğrayır, möhkəm qalxandır qoruyur!

Qarşıdan 28 May - Dövlət Müstəqilliyi Günümüz gəlir!

Qoy, bayram bayrama, sevinc sevincə, qürur qürura qarışsın! Biz çəkdiyimizi çəkmişik, gələcək nəsillər dərd çəkməsin şəkil çəksin - bir də, şəkil niyə? - Bütöv Azərbaycanın böyük xəritəsini çəksin!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ankara, 10 may 2024

(özəl olaraq “Yeni Müsavat” üçün)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR