İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobuslarda axşam 8-dən sonra başlayan məşəqqət: BNA araşdırma aparacaq

1020 03.08.2022 21:30 Sosial A A

Avtobuslarda havalandırma sistemi Bakının ənənəvi mövzularından biridir. Lakin bəzi sürücülərimiz bu "ənənəvi"liyə bir müasirlik də qatıblar. Hansılar ki, iddia edirlər ki, axşam saat 8-dən sonra kondisioner yandırmaq qadağandır (ya da günahdır).

Halbuki Bakı Nəqliyyat Agentliyi may ayının əvvəlində paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi üçün xəbərdarlıq məktubu göndərib.

O zaman suçlu kimdir?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Musavat.com-a bildirdi ki, qeyd etdiyimiz hal araşdırılacaq. Bununla bağlı xətt üzrə daşıyıcı Agentliyə çağırılacaq:

"Avtobusların hər biri - istər "BakuBus", istərsə də digər marşrut xətləri daşıyıcıların balansındadır. Yəni ayrı-ayrı daşıyıcıların, operatorların istismarında olan xətlərdir. Hansı daşıyıcının istismarında olan avtobusda sərinləndirmə sistemi varsa, onlar işə salınmalıdır, xüsusilə isti hava şəraitində. Sərinləndirmə sistemi sərnişinlərin rahatlığı üçündür, onların normal fəaliyyətini təmin etmək də daşıyıcıların məsuliyyətindədir".

Aytən N.
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR