İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyalı yazıçı Çində edam cəzasına məhkum edilib

411 05.02.2024 12:13 Dünya A A

Çində avstraliyalı yazıçı Yan Henszyun ölüm cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq X-dəki səhifəsində məlumat yayıb və bildirib ki, hələlik Pekin hökmün icrasını dayandırıb.

Vonqun sözlərinə görə, Avstraliya hökuməti xarici ölkədəki vətəndaşına qarşı belə bir qərarın verilməsindən şoka düşüb.

Nazir aydınlıq gətirib ki, Henszyun iki il ərzində ağır cinayətlər törətməyəcəyi təqdirdə ölüm cəzası ömürlük həbslə əvəzlənəcək.

Yazıçı 2019-cu ildə Çində saxlanılıb. Çin hakimiyyəti onu casusluqda ittiham edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR