İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada inflyasiyanın sürəti kəskin azalıb

393 06.01.2023 15:07 İqtisadiyyat A A

Avrozonada inflyasiya səviyyəsində ikinci azalma qeydə alınıb.

Musavat.com “Eurostat” statistika agentliyinə istinadən xəbər verir ki, ötən ilin dekabrında zonada inflyasiya noyabrdakı 10,1 faizdən 9,2 faizə düşüb.

Xatırladaq ki, noyabrda Avrozonada inflyasiya oktyabrdakı 10,6 faizdən 10,1 faizə düşmüşdü. Analitiklər dekabrda inflyasiyanın 9,6 faizə qədər zəifləyəcəyini proqnozlaşdırırdılar. Daha kəskin azalmada əsas rolu neft və qaz qiymətlərinin azalması oynayıb.

Avropa Mərkəzi Bankının hədəf inflyasiya göstəricisi 2 faizdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR