İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada inflyasiya kəskin azaldı

385 30.06.2023 14:05 İqtisadiyyat A A

İyun ayında Avrozonada illik inflyasiya ciddi şəkildə azalaraq 5,5 faizə bərabər olub.

Musavat.com-un xəbərinə görə, bu, 6,1 faizlik inflyasiyanın qeydə alındığı may ayı ilə müqayisədə 6 faiz bəndi azalma deməkdir.

Avropa İttifaqı Statistika İdarəsinin məlumatına əsasən, iyunda qeydə alınan statistika 2022-ci ilin yanvarından bəri ən aşağı səviyyədir. "Trading Economics" analitikləri 5,6 faizə qədər azalma proqnozlaşdırmışdılar.

İyun ayında Avrozonada enerjidaşıyıcılarının qiyməti illik ifadədə 5,6 faiz azalıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik inflyasiya 11,7 faizə düşüb (mayda 12,5 faiz olub). Qida məhsulları və enerjidaşıyıcıları olmadan hesablanan istehlak qiymətləri indeksi isə mayla müqayisədə 1 faiz bəndi artmaqla 5,4 faiz təşkil edib.

Avropa Mərkəzi Bankının proqnozlarına əsasən, 2023-cü ildə avrozonada inflyasiya 5,4 faiz, 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 2,2 faiz təşkil edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR