İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada inflyasiya 2 ilin ən aşağı həddinə düşüb

270 19.12.2023 17:55 Dünya A A

2023-cü ilin noyabrında avrozonada istehlak qiymətləri illik ifadədə 2,4 faiz artıb ki, bu da 2021-ci ilin iyulundan bəri ən aşağı göstəricidir.

Musavat.com xəbər verir ki, oktyabrda avrozonada inflyasiya illik ifadədə 2,9 faiz təşkil etmişdi.

Əhəmiyyətli azalmaya baxmayaraq, regionda istehlak qiymətlərinin artımı hələ də Avropa Mərkəzi Bankının 2 faizlik hədəfindən yüksək olaraq qalır.

Noyabr ayında ərzaq və enerji xərcləri (CPI Core index) nəzərə alınmadan qiymət artımı bir ay əvvəlki 4,2 faizdən 3,6 faizə - 2022-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə enib. Göstərici ilkin məlumatlar və bazar proqnozları ilə də üst-üstə düşüb.

Noyabrda enerji qiymətləri 11,5 faiz (oktyabrda -11,2 faiz) ucuzlaşıb. Ərzaq məhsulları, alkoqol və tütün məmulatları 6,9 faiz (bir ay əvvəl +7,4 faiz), xidmətlərin dəyəri 4 faiz (oktyabrda +4,6 faiz) bahalaşıb.

Noyabrda avrozonada istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz azalıb (oktyabrda +0,1 faiz).

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR