İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada gözlənilməz nəticə: Azalma gözlənilirdi…

519 30.01.2024 19:23 Dünya A A

Avropa İttifaqının statistika idarəsinin ilkin məlumatına əsasən avrozonanın ÜDM-i 2023-cü ilin dördüncü rübündə əvvəlki üç ayla müqayisədə dəyişməyib.

Musavat.com xəbər verir ki, illik ifadədə isə avrozonanın iqtisadiyyatı 0,1 faiz böyüyüb.

Analitiklər oktyabr-dekabr aylarında ÜDM-in orta hesabla rüblük olaraq 0,1 faiz azalacağını və illik müqayisədə dəyişməyəcəyini gözləyirdilər.

İyul-sentyabr aylarında avrozona iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,1 faiz kiçilib.

Ötən ilin dördüncü rübündə zonanın ən böyük iqtisadiyyatına malik Almaniyada ÜDM əvvəlki rüblə müqayisədə 0,3 faiz azalıb, Fransada dəyişməyib, İtaliyada 0,2 faiz, İspaniyada 0,6 faiz artıb.

Ötən rübdə Avropa İttifaqının ÜDM-i rüblük ifadədə dəyişməyib, ilkin məlumatlara görə, illik 0,2 faiz artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR