İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan gələn məlumat neft bazarını çökdürdü

2495 05.07.2022 22:31 İqtisadiyyat A A

Hazırda dünya neft bazarında qiymətlərin kəskin enişi yaşanmaqdadır.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 12 dollar, yaxud 11 faiz ucuzlaşaraq 101 dollar təşkil edir. Nyu-Yorkun NYMEX birjasında WTI neftinin avqust fyuçersləri 11 dollar,yaxud 9,85 faiz ucuzlaşmaqla 97,50 dollar təşkil edir. Bu, may ayından bəri ən aşağı qiymət səviyyəsidir.

Neft bazarındakı bu çöküşün əsas səbəbi Avrozonada iqtisadiyyatın əsas göstəriciləri üzrə azalmanın baş verməsidir. Belə ki, bu gün “Markit Economics” tərəfindən açıqlanan məlumata görə, Avrozonanın 19 ölkəsində satış menecerlərinin konsolidasiya edilmiş indeksi(PMI) iyun ayında 54,8 bənddən 52 bəndə düşüb. Valyuta blokunun xidmət sektorunda aktivlik göstəricisi isə maydakı 56,1 bənddən iyunda 53 bəndə qədər azalıb.

Neft bazarında volatilliyi artıran digər amil dolların dünyanın əsas 6 valyutasından ibarət səbətə qarşı möhkəmlənməsidir. Bu gün dollar 1,5 faiz möhkəmlənib. Dolların möhkəmlənməsi isə əmtəə bazarlarında qiymətlərin enişini şərtləndirən amillərdən biridir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR