İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qazın qiyməti iki dəfə ucuzlaşdı  

1185 01.07.2023 22:18 İqtisadiyyat A A

2023-cü ilin birinci yarısında Avropada qaz qiymətləri iki dəfə ucuzlaşıb. Londonun ICE birjasının məlumatına görə, 2022-ci ilin 30 dekabrında qaz fyuçersləri ilə ticarət min kubmetr üçün 845 dollarla aparılırdısa, iyunun 30-da hərraclar 425 dollarla bağlanıb.

Musavat.com xəbər verir ki, 2022-ci ilin dekabrında Avropada qazın orta qiyməti 1 272 dollar olubsa, yanvarda bu 712 dollar(illik azalma 21 faiz), fevralda 583 dollar(41 faiz), martda 488 dollar(60 faiz), apreldə 477 dollar(55 faiz), mayda 357 dollar(65 faiz), iyunda 366 dollar(70,5 faiz) təşkil edib.

Qaz qiymətlərinin belə ucuzlaşmasının əsas səbəbləri Avropada ötən qış havaların anomal şəkildə isti keçməsi, rekord həcmdə maye qaz idxalı, anbarlarda 90 faizdən yuxarı ehtiyatların toplanması, Avropa İttifaqının qaz istehlakını azaltma siyasəti, həmçinin külək enerjisinin ümumi enerji təminatındakı payının artmasıdır.

Hazırda Avropanın qaz anbarları 77 faizdən yuxarı doludur. May ayında maye qaz terminallarından qitənin qaz təchizatı şəbəkəsinə rekord həcmdə - 12,16 milyard kubmetr qaz daxil olub.
Bütün bunların təsiri ilə Avropada qaz qiymətləri kəskin ucuzlaşıb, bu isə digər bütün sahələrdə analoji prosesin getməsinə gətirib çıxarıb. Nəticədə iyun ayında Avrozonada illik inflyasiya 5,5 faizə düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR