İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaçqınların “çörək pulu”nu kəsirlər

813 10.03.2024 18:45 Dünya A A

Niderland ukraynalı qaçqınların ölkədən çıxarılması prosesinə başlayıb. Belə ki, bu ölkədə sığanacaq tapmış miqrant-qaçqınların sosial müavinətdən və mənzildən məhrum edən qanun qüvvəyə minib. Ukraynalılar da ölkəni tərk etmələri barədə bildiriş alıblar.

Bu baradə pravda.ru saytı xəbər verir. Bu qanunun qəbulunadək digər miqrantlar kimi ukraynalıların da sığınacaq, qaçqınlar kimi sosial müavinət almaq hüququ var idi.  Amma indi Amsterdam nəzakətlə onlardan ölkəni tərk etmələrini xahiş edir. Ekspertlər artıq bəyan ediblər ki, ukraynalı qaçqınların gələcəkdə Avropa İttifaqı(Aİ) ölkələrindən məcburi çıxarılması mexanizmi işlənir.  

Ukraynalı qaçqınlar Aİ ölkələrinə daxil olmaqda da problem yaşamağa başlayıblar. Almaniya hökuməti Aİ ölkələrinə səfər edən ukraynalılar üçün o qədər də etibarlı olmayan plastik kartlar verir. 

Bildirilir ki, ukraynalı qaçqınlarla bağlı vəziyyətdə təəccüblü heç nə yoxdur. Çünki Avrozonanın sosial ödənişlər və yardımlarla bağlı yükü bir neçə dəfə artıb. Bu gün yalnız Avropa Ukraynaya kömək edir, çünki ABŞ-da yardım paketi dondurulub və onun nə vaxt yenidən işə düşəcəyi bəlli deyil. Belə çıxır ki, Ukrayna üçün  ancaq Avropa pul xərcləyir. Son qərarında Aİ Kiyevə 50 milyard avro ayırmışdı. Və bu mələğin bir hissəsi qaçqınların saxlanması üçün xərclənməsinə nəzərdə tutulur.   

1779387329_366_626_2893_2048_1920x0_80_0_0_3f544bfa5695d4e0159ee9aaba0ab78d.jpg (525 KB)

Ukrayna qaçqınlarına ögey münasibətin bir səbəbi də müharibə edən ölkədə səfərbərliklə bağlı yaranmış çətin vəziyyətdir. 

Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə çatışmazlığı var. Aİ öz qanunlarını poza və ukraynalı qaçqınları zorla çıxara bilməz. Ona görə də ukraynalıları Avropadan “vətənlərinə doğru sıxışdırmaq” üçün müxtəlif tədbirlər görülür. Baxmayaraq ki, Avropadan dönənlərin də  könüllü cəbhəyə gedəcəyinə  təminat yoxdur.   

O da iddia olunur ki,  ukraynalıların Avropada mütləq  iş tapacaqları, iş tapmasalar isə müavinətlə mükəmməl yaşaya biləcəkləri haqda ümidləri də daha əvvəlki kimi deyil.  Çünki Avropa ucuz enerji resurslarını itirib, istehsal hər yerdə azalıb, öz vətəndaşlarının belə işləməsi problemdir.  Əgər əvvəllər Rusiya təcavüzünə qarşı hər gün fləşmoblar keçirilirdisə, bu gün Avropa ölkələrində hətta bütün binalardan Ukrayna bayraqlarını yığışdırmağa başlayıblar.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR