İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada miqrant sayı rekord həddə çatdı

885 23.04.2026 01:41 Dünya A A

Avropa İttifaqında yaşayan miqrantların sayı 2025-ci ildə rekord səviyyəyə yüksəlib.

Musavat.com xəbər verir ki, açıqlanan rəsmi məlumatlara əsasən, ümumi göstərici 64,2 milyona çatıb və bu da əvvəlki illə müqayisədə təxminən 2,1 milyon artım deməkdir.

Məlumata görə, Almaniya təxminən 18 milyon miqrantla Avropada ən çox xaricdə doğulmuş əhaliyə ev sahibliyi edən ölkə olaraq qalır.

Ekspertlər bildirir ki, Avropada əhalinin sürətlə yaşlanması miqrasiya siyasətinə birbaşa təsir edir. Son statistikaya əsasən, qitədə orta yaş həddi 44,9-a yüksəlib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR