İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası "X"ya qarşı HƏRƏKƏTƏ KEÇDİ

507 18.12.2023 16:04 Dünya A A

Avropa Komissiyası qeyri-qanuni məzmunun silinməsi, şəffaflıq və dezinformasiya ilə mübarizə üzrə Avropa standartlarını pozmaq ittihamı ilə "X" sosial şəbəkəsinə (keçmiş Tvitter) qarşı rəsmi araşdırmaya başlayıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton "X" sosial şəbəkəsində məlumat verib:

"Bu gün biz "X"ya qarşı formal remediasiya prosedurlarına başladıq: qeyri-qanuni məzmun və dezinformasiyanın çıxarılması öhdəliklərinin pozulması, şəffaflıq öhdəliklərinin pozulması, istifadəçiləri çaşdıran istifadəçi interfeysinin dizaynı".

Bu, ani messencerlərin və sosial şəbəkələrin məzmununu tənzimləyən Avropa Rəqəmsal Xidmətlər Aktı çərçivəsində ilk araşdırmadır. Onun standartlarına görə, "X" bütün qazancının 6 faizi qədər cərimə oluna və Avropa Komissiyasının tələblərini yerinə yetirməkdən imtina edərsə, Aİ ölkələrində bloklana bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR