İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Arazdəyən düzəlişi-Sökülən zavoda keşik çəkirlər

651 14.09.2023 16:08 Region A A

 

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası özünün X-dəki mikrobloqunda yazıb ki, metallurgiya zavodunun sökülməsinə nəzarət etmək üçün son həftələr Arazdəyən ərazisində müntəzəm patrullar həyata keçirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, müşahidəçilər yazır: “Bizim iştirakımızla biz materialların və avadanlıqların başqa yerə təhlükəsiz daşınmasını asanlaşdırırıq”.

Lakin sonradan bu qeyd silinib və əvəzində belə bir mətn yerləşdirilib: “Aİ-nin Ermənistandakı monitorinq missiyası Arazdəyən (“Yeraks” yazılıb-M.) ərazisində, o cümlədən metallurgiya zavodunda hər hansı hərbi və təhlükəsizlik hadisələrinə nəzarət etmək üçün müntəzəm patrul xidməti həyata keçirir. Varlığımızla biz daha təhlükəsiz və təhlükəsiz mühitin yaradılmasına töhfə vermişik”.

Qeyd edək ki, Ermənistanın Arazdəyəndə, Azərbaycanla sərhəddə tikmək istədiyi zavodda işlər dövlətimizin qətiyyətli tələbləri nəticəsində dayandırılıb və onun qalıqları başqa yerə köçürülür. Aİ missiyası isə zavodun söküntülərinin daşınmasına keşik çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR