İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyadan aqrar məhsulların idxalını da dayandıracaq

526 16.03.2024 17:55 Dünya A A

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Polşanın baş naziri Donald Tusk Aİ fermerlərinə dəstək tədbirləri çərçivəsində Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalına mümkün məhdudiyyətləri müzakirə ediblər.

Musavat.com xəbər verir ki, danışıqların yekununa dair rəsmi məlumatda qeyd olunur ki, tərəflər “taxıl bazarında vəziyyətin nizamlanması və Rusiyadan taxıl idxalı ilə bağlı gələcək tədbirləri də müzakirə ediblər”:

“Bu kontekstdə Avropa Komissiyası Rusiyadan Avropa İttifaqına kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin tətbiqi imkanlarını qiymətləndirir. Bunun əsasında komissiya yaxın vaxtlarda təklif verəcək".

Məlumatda bildirilir ki, "fermerlər artan qeyri-müəyyənliklə üzləşirləşir”: “Biz indiki şəraitdə fermerlərə dəstəyi davam etdirməliyik”.

AK həmçinin “Polşada və ondan kənarda fermer təşkilatlarından alınan sorğulara birbaşa cavab olan” bir sıra təkliflər təqdim edəcək.

Brüssel izahatına əsasən “bu qanunvericilik təkliflərinin əsas məqsədi Aİ fermerləri üçün inzibati yükü daha da yüngülləşdirmək və fermerlərə və Aİ dövlətlərinə ətraf mühitin mühafizəsi məqsədləri və iqlimin ümumi səviyyəsini azaltmadan müəyyən ekoloji şərtlərə cavab verməkdə daha çox çeviklik təmin etməkdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR