İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Qırmızı dənizdə əməliyyat planlaşdırır

390 13.01.2024 01:12 Dünya A A

Avropa İttifaqı Qırmızı dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün yeni əməliyyat hazırlamağı planlaşdırır.

Bu barədə “Politico” jurnalistlərin əldə etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin sənədinə istinadən yazır. Əldə edilən məlumata görə, Aİ Qırmızı dənizdən Fars körfəzinə qədər fəaliyyət göstərəcək əməliyyat planlaşdırmalıdır. Əməliyyat fevralın sonundan başlaya bilər.

Anonim avropalı diplomatlar jurnalistlərə bildiriblər ki, plan gələn həftə Avropa İttifaqının beynəlxalq məsələlər və təhlükəsizlik komitəsinin iclasında müzakirə olunacaq.

Planda qeyd olunan döyüş gəmilərini hansı ölkələrin təmin edəcəyi hələlik məlum deyil. Əvvəllər Qırmızı dənizdə mövcud “Atalanta” əməliyyatından istifadə planlarına qarşı çıxan İspaniyanın dəstəyinə də şübhələr var.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR