İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazırdır

695 21.01.2026 22:44 Ölkə A A

Avropa İttifaqı Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu fikri Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı səsləndirib.

Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Komissar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR