İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı 3 ildə Yunanıstana 15 milyard avro verib

435 15.01.2024 23:23 Dünya A A

Yunanıstan 2021-ci ildən bəri Avropa İttifaqı İqtisadi Bərpa Fondundan 15 milyard avroya yaxın qrant və kredit alıb.

Ölkənin iqtisadiyyat və maliyyə nazirinin birinci müavini Nikos Papatanasisin verdiyi məlumata görə, bu on, Yunanıstanın ümumi daxili məhsulunun təxminən 8 faizinə bərabərdir.

Onun sözlərinə görə, Avropa Komissiyasının bu gün ölkəyə bu fonddan daha 3,6 milyard avro kredit və qrant veriləcəyini elan etməsi də müsbət haldır: “Bu, kredit proqramının gedişi və ən mühüm layihələr və islahatlarla birbaşa bağlıdır".

Yunanıstanın İqtisadi Bərpa Fondundan maliyyələşdirmə planı ölkəyə 2027-ci ilə qədər 35,95 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutur ki, bunun da 18,22 milyard avrosu qrant, 17,73 milyard avrosu isə kredit şəklindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR