İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa diplomatları təşviş içində: Tramp seçilsə...

599 19.12.2023 17:13 Dünya A A

Bəzi Avropa ölkələrindəki diplomatlar ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıra və Vaşinqtonun NATO-dakı öhdəliklərindən imtina edə biləcəyindən ehtiyat edirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Trampın keçmiş və indiki köməkçiləri, eləcə də diplomatlar arasından 20-yə yaxın adamdan müsahibə alıblar.

Onların fikrincə, Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, çox güman ki, Pentaqonda, Dövlət Departamentində və Mərkəzi Kəşfiyyat İdarəsində özünə sadiq adamlar təyin edəcək. Üstəlik, bu qələbə ABŞ-ın Ukraynadakı müharibədən tutmuş Çinlə ticarətə qədər olan məsələlərdə mövqeyində köklü dəyişikliklərə gətirib çıxaracaq.

“Reuters” agentliyi Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayenin şərhini dərc edib. Onun fikrincə, eks-prezident kadrların nə dərəcədə əhəmiyyətli olduğunu anlayıb.

“Onun əvvəlki administrasiyasında prezidentin deyil, öz maraqlarını güdən çoxlu insanlar var idi”, - deyə O'Brayen bildirib.

Trampın yeni köməkçilərinin sözlərinə görə, potensial namizəd seçiləcəyi təqdirdə Avropa ölkələrinə hərbi yardımı azaltmaq, eləcə də Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmaq fikrinə daha çox bağlanıb.

Məlumata əsasən, eks-prezident mütəmadi olaraq xarici siyasət sahəsində təcrübəsi olan bir neçə şəxslə siyasi məsələlərlə bağlı məsləhətləşmələr aparır. Onların arasında ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Retkliff və Amerikanın Almaniyadakı keçmiş səfiri Riçard Qrenellin adı önə çıxır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR