İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa anbarlarını qazla doldurmağa davam edir – Rusiyanın növbəti addımı nə olacaq?

593 08.07.2022 15:55 İqtisadiyyat A A

Rusiyanın qaz nəqlini 60 faizdən çox azaltmasına baxmayaraq, Avropa ölkələri yeraltı anbarları doldurmaq planına əməl edirlər. Musavat.com Gas Infrastructure Europe (GIE) hesablamalarına əsasən xəbər verir ki, iyulun 7-də Avropanın qaz anbarları 61 faizə yaxın dolub. Anbarlarda 65 milyard kubmetr qaz toplanıb. Anbarlara gündəlik qazvurma həcmi 0,35 faiz bəndi təşkil etməklə, iyundakı orta göstəricidən bir qədər yüksəkdir.

Son üç gündə regionda külək enerjisisinin ümumi enerji təchizatında payı artaraq 15 faizə yaxınlaşıb. Ötən həftə bu göstərici 10,33 faiz təşkil etmişdi. İyun ayrı üzrə orta göstərici isə ilin əvvəlindən bəri ən aşağı səviyyədə - 11,23 faiz olmuşdu.

Qeyd edək ki, Avropanın qaz anbarlarını sürətlə doldurması fonunda iyunun ortalarından etibarən Rusiya heç bir ciddi əsas olmadan “Şimal axını-1” kəmərilə gündəlik qaz nəqlini 167 milyon kubmetrdən 64 milyon kubmetrə qədər azaldıb. Məqsəd Avropa anbarlarına qaz yığılmasının qarşısını almaqla, payız və qış mövsümündə Avropa İttifaqına ciddi təzyiq imkanını saxlamaqdır. Lakin Avropa İttifaqı Rusiya qazı azaldığı təqdirdə belə anbarlarını oktyabrın 1-dək 80 faiz doldurmaq planına əməl edir. Bu həcmin vaxtından əvvəl - avqustun sonlarından təmin olunması ehtimalı getdikcə artır. Buna görə də Rusiya iyulun 11-də texniki baxış üçün “Şimal axını-1”lə nəqli tam dayandırdıqdan sonra onu əvvəlcədən nəzərdə tutulan və elan edildiyi 21 iyulda bərpa etməyəcəyinə dair xəbərlər sızdırmaqdadır.

Avropa bu xəbərlərdən təşvişə düşərək Kanada hökumətindən “Şimal axını-1”in Monrealda təmirdə olan turbinlərini Almaniyaya gətirmək üçün sanksiyalardan birdəfəlik azadolma tətbiq etməsini istəyib. Bu isə Ukrayna tərəfinin kəskin narazılığına səbəb olub. Ukrayna qaz tranziti şəbəkəsi bəyan edib ki, Rusiya “Şimal axını1”-dən kənarda Avropaya qaz nəqlini müqavilələrdə nəzərdə tutulan həcmə çatdırmaq imkanındadır. Lakin Moskva bu imkandan bilərəkdən yararlanmayaraq, Avropada qazın tam dayandırılacağı qorxusu yaratmaq və sanksiyaların aradan qaldırılmasın nail olmağa çalışır. Avropanın qaz turbinlərinə görə Kanadadan istisna istəməyi Rusiyanın bu məqsədinə qismən çatdığını göstərir...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR