İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: Lamin Yamal çempionatın ən yaxşı gənc oyunçusu seçilib VİDEO

6223 15.07.2024 03:44 İdman A A

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında baş tutan final matçından sonra İspaniya yığmasının futbolçusu Lamin Yamal xüsusi mükafata layiq görülüb.

Musavat.com xəbər verir ki, o, AVRO-2024-ün ən yaxşı gənc oyunçusu seçilib.

Ötən gün 17 yaşını tamamlayan hücumçu AVRO-2024-də İspaniya millisinin keçirdiyi 7 oyunun hər birində meydana çıxıb. O bu oyunların 6-da start heyətdə yer alıb. Yalnız qrup mərhələsinin III turunda Albaniya ilə oyunda sonradan meydana çıxıb. Futbolçu ümumilikdə 507 dəqiqə meydanda olub və bu müddətdə 1 qola, 4 məhsuldar ötürməyə imza atıb. O, finalda məhsuldar ötürmə ilə yadda qalıb. Belə ki, 47-ci dəqiqədə məhz L.Yamalın ötürməsini komanda yoldaşı Niko Uilyams qola çevirib.

Qeyd edək ki, İspaniya yığması finalda İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq 4-cü dəfə Avropa çempionu olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR