İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: İspaniya FİNALDA - VİDEO

3446 10.07.2024 00:55 İdman A A

İlk yayın vaxtı 23:05

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

"Report" xəbər verir ki, Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.

Görüşdə hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə fərqlənən Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland - İngiltərə matçından sonra aydınlıq gələcək.

 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Münhendəki “Alyans Arena"da ispanlar hesabda önə çıxıb - 2:1.

Fransa yığmasının heyətində 25-ci dəqiqədə Jül Kunde avtoqol müəllifi olub. 

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

"Report" xəbər verir ki, Münhendəki “Alyans Arena"da ispanlar hesabı bərabərləşdirib.

21-ci dəqiqədə Lamin Yamal fərqlənib.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Münhendəki “Alyans Arena"da fransızlar hesabda önə çıxıb.

9-cu dəqiqədə Kolo Muani adını tabloya yazdırıb.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Münhendəki “Alyans Arena"da keçirilir.

Görüşü sloveniyalı referi Slavko Vinçiç idarə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR