İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: Fransa yarımfinala çıxdı - VİDEO

3611 06.07.2024 00:58 İdman A A

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (3:0) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

Qeyd edək ki, İspaniya - Portuqaliya matçı iyulun 9-u, saat 23:00-da start götürəcək.

 

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt başa çatıb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt start götürüb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

*** 23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Hamburqdakı “Folksparkştadion" stadionunda keçirilir.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR