İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: Almaniya növbəti 1/4 finalçı oldu

2472 30.06.2024 01:15 İdman A A

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb - 2:0.

Hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə isə Camal Musiala fərqlənib.

 

****

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.

Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri üstünlüklərini möhkəmləndiriblər - 2:0.

68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcnur edib.

00:36

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri hesabda önə keçib - 1:0.

53-cü dəqiqədə Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirib.

****

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ilk yarı başa çatıb.

Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçın birinci hissəsində hesab açılmayıb.

Qeyd edək ki, 35-ci dəqiqədə görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü şimşək səbəbindən fasilə yaranıb.

Dortmundun "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.

Qeyd edək ki, matçda hesab açılmayıb.

****

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final oyunu başlayıb.

Musavat.com xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.

Görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR