İnsanlara hürriyət, millətlərə istiqlal!

Aviaqəzada ölən aktyorun 3 gün əvvəlki mesajı: “Cənnətdən salamlar”

862 06.01.2024 13:25 Dünya A A

10 və 12 yaşlı qızları ilə birlikdə təyyarə qəzasında həlak olan Hollivud aktyoru Kristian Oliverin faciəvi qəzadan 3 gün əvvəl sosial şəbəkədə izləyicilərinə “cənnətdən salamlar” məzmunlu mesaj ünvanladığı məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.

Nəşr qeyd edir ki, faciədən cəmi üç gün əvvəl Oliver istirahətdə olduğu Karib dənizindəki çimərlikdən fotosunu sosial şəbəkələrdə yerləşdirib. “Cənnətin bir guşəsindən salamlar! Cəmiyyətə və sevgiyə doğru... 2024, biz buradayıq”, – K.Oliver postda yazıb.

Nəşrin jurnalistləri bu təsadüfü “tükürpədici” adlandırıblar.

Aktyor Kristian Oliver Karib dənizində şəxsi təyyarəsi ilə qəzaya uğrayıb. Aktyorun 51 yaşı var idi.

Oliver Almaniyada anadan olub, lakin demək olar ki, bütün həyatını ABŞ-da yaşayıb, "Yaxşı alman", "Sürətli yarışçı" və "Valkiriya" filmlərindəki rolları ilə tanınır. Bundan əlavə, o, bu yaxınlarda “İndiana Cons” franşizasının son hissəsinin çəkilişlərində iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR