İnsanlara hürriyət, millətlərə istiqlal!

Ata övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı - VİDEO

753 10.12.2022 20:10 Hadisə A A

Xətai rayonu, Ramiz Quliyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Anidən başlayan yanğın fərdi yaşayış evini bürüyüb. Həmin an biri azyaşlı olmaqla evdə 3 nəfər olub. Hadisə zamanı xəsarət alanlar olub.

Ata övladını yanğından xilas etmək üçün ikinci mərtəbədən atılıb. Bu zaman onun ayağı sınıb. Bir qadının isə yanıq xəsarətləri aldığı bildirilir. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.

Qeyd edək ki, hadisə baş verən əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Ümumilikdə 60 nəfər olmaqla, 8 ədəd xüsusi texnika vasitəsilə yanğına müdaxilə edilib.

Yanğın 30 dəqiqə ərzində söndürülüb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR