İnsanlara hürriyət, millətlərə istiqlal!

"AŞPA dəyərlərini və siyasi əhəmiyyətini məhv etmiş oldu" - Azay Quliyevin videomüsahibəsi

656 25.01.2024 00:15 Gündəm A A

"AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırması haqqında bədnam qərarı təkcə riyakar, qərəzli və absurd deyil, eyni zamanda, Azərbaycanın konstitusyon quruluşuna, suverenliyiniə və müstəqilliyinə qarşı siyasi qəsddir".

Bunu millət vəkili Azay Quliyev REAL TV-yə müsahibəsində deyib.

Deputat əlavə edib: "Bu biabırçı qərar ilk dəfə Avropada öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla, beynəlxalq və humanitar qanunlar çərçivəsində bərpa edən, milli maraqlarını siyasi əzmlə qoruyan, başqa dövlətlərin iradəsinə boyun əyməyən bir ölkəni cəzalandırılmaq cəhdidir.

75 illik tarixinə qara ləkə kimi düşəcək bu addımı ilə AŞPA özünün bütün dəyərlərini və siyasi əhəmiyyətini məhv etmiş oldu.

Fransanın başçılıq etdiyi bu siyasi rəzalətin bumeranq effekti verəcəyinə heç kim şübhə etməməlidi.

Fransanın yedəyində gedən nə Avropa İttifaqı, nə də AŞPA bu kimi oyunları ilə bütöv və azad Azərbaycanın güclənməsinə və qarşısına qoyduğu hədəflərə daha qətiyyətlə yürüməsinə, Türk dünyasının dünyada ciddi geosiyasi faktora çevrilməsinə əngəl ola bilməyəcək.

"İslamafobiya" və "Türkəfobiya" xəstəliyinə tutulmuş AŞPA-nın "sağalana" kimi bu qurumla əməkdaşlığın dayandırılması haqqında nümayəndə heyətimizin vaxtında vetdiyi qərarı doğru hesab edir və tam dəstəkləyirəm".

Musavat.com bu və digər məsələlərin müzakirə olunduğu "Real İntervyu"dakı videomaterialı təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR