İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotyandan yalvarış: “Rusiyalı həmkarlar, Dağlıq Qarabağ problemini kənara qoymayın”

944 28.12.2022 18:19 Region A A


“Hörmətli rusiyalı həmkarlar, Dağlıq Qarabağ problemini bir kənara qoymayın”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan dekabrın 28-də keçirdiyi mətbuat konfransında deyib.

“Ola bilsin ki, bu problem Rusiyanın qlobal dünyada rolu ilə bağlı yeni nağıllarınızı təbliğ etməyə mane olur, amma bu problemi gözdən qaçırmayın, o, mövcuddur. Rusiya Federasiyası üçün həyati önəm kəsb edən bu regiondakı real vəziyyəti nəzərə almadan yeni hekayələr yaratmayın”,-deyə Aşotyan bildirib.

Erməni siyasətçinin fikrincə, Ukraynadakı müharibə səbəbindən maraqlı geosiyasi paradoks yaranıb.
“Uzaq hüdudlarda Rusiyanın nüfuzu artsa da, Mərkəzi Asiyada, və Cənubi Qafqazda fəlakətli şəkildə aşağı düşüb”,-deyə o qeyd edib.

Xatırladaq ki, Armen Aşotyan Ermənistanda revanşist siyasi qüvvəni təmsil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR