İnsanlara hürriyət, millətlərə istiqlal!

Asiyada GƏRGİNLİK! Çin şəhəri VURULDU - Yaralılar var VİDEO

2205 04.01.2024 20:14 Dünya A A

Dünyanın diqqəti Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibəsinə yönəldiyi bir vaxtda Asiyada birdən-birə gərginlik yüksəlib. Belə ki, hərbi xunta ilə üsyançılar arasında qarşıdurmaların davam etdiyi Myanmada baş verənlər Çinin reaksiyasına səbəb olub.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Myanmadan atılan artilleriya mərmiləri Çinin sərhəd şəhərinə düşüb.

Çinin rəsmi media orqanlarından biri olan “Global Times” çox sayda insanın yaralandığını açıqlayıb.

Qeyd olunub ki, Yunnan bölgəsində, Myanma sərhədinə yaxın Zhenkanq şəhərində baş verən hadisədə 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Xatırladaq ki, 2015-ci ildə də Myanma tərəfindən atılan artilleriya mərmisi 5 nəfərin yaralanmasına və Pekinin sərt reaksiyasına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının rəsmi məlumatlarına görə, oktyabrın 27-dən bəri Myanmada 660 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bildirilib ki, böhran başlayandan bəri ümumilikdə 2,6 milyon insan öz yaşayış yerini tərk edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR