İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-nın anti-Azərbaycan qətnaməsində nələr var?

2736 13.10.2023 15:39 Siyasət A A

Həm Azərbaycan, həm Türkiyə əleyhinə olan qətnamələr tam yalan və qərəzlidir, Fransanın “xoruzunun” quyruğu görünür...

AŞ PA “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə və eyni adlı tövsiyəni qəbul edib. Bu barədə Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan sosial şəbəkələrdə yazıb. Qeyd edək ki, qətnamə xorvatiyalı deputat Domaqoy Xaydukovuçun məruzəsi əsasında hazırlanıb.

Ruben Rubinyan bildirib ki, “qətnamə Azərbaycanın sentyabrın 19-da Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlarını pisləyir. AŞ PA bildirir ki, Dağlıq Qarabağın demək olar ki, bütün əhalisi fiziki məhv təhlükəsi və Azərbaycanın anti-erməni siyasəti səbəbindən öz vətənlərini tərk edib. Assambleya etnik təmizləməyə əsaslı şübhənin olduğunu qeyd edir ki, bu da fərdi cinayət məsuliyyətinə səbəb ola bilər”.

WhatsApp Image 2023-10-13 at 15.35.44.jpeg (67 KB)

Rubenyanın yazdığına görə, AŞ PA bəyan edib ki, rəsmi “Bakı öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın AŞ PA-nın 2024-cü ildə keçiriləcək ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin ən azı müvəqqəti olaraq dayandırılmasına səs verməkdən başqa yolu qalmayacaq. Azərbaycan Avropa Şurasının əsas dəyərlərinə sadiq qalmalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir”.

Rubenyan yazır ki, AŞ PA Azərbaycanı Dağlıq Qarabağın erməni əhalisinin geri qaytarılması və onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlər görməyə çağırıb: “Assambleya Azərbaycanı Dağlıq Qarabağın bütün həbs olunmuş nümayəndələrini, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirləri azad etməyə və regionun erməni mədəni irsinin qorunmasını təmin etməyə çağırır. Qətnamədə ermənilərin Dağlıq Qarabağdan məcburi köçürülməsi nəticəsində yaranmış ağır humanitar vəziyyətə toxunulur və Ermənistana dəstək verilməsinin zəruriliyi qeyd olunur. AŞ PA əmindir ki, münaqişə yalnız sülh yolu ilə, orada yaşayan hər bir insanın hüquqlarına tam hörmətlə həll oluna bilər.

AŞ PA həm Ermənistanın, həm də Azərbaycanın Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə, habelə sərhədlərin toxunulmazlığına hörmətlə yanaşacağını gözləyir. Assambleya ölkələrin suverenliyinə, ərazi bütövlüyünə əsaslanan və milli yurisdiksiya çərçivəsində regional kommunikasiyaların açılmasına çağırır. AŞ PA vurğulayır ki, Ermənistanın iradəsinə zidd və Ermənistanın milli maraqlarına xələl gətirməklə Naxçıvanla mümkün əlaqə yaratmaq olmaz.
Assambleya faktların toplanması üçün beynəlxalq strukturların səfərlərinin təşkili üçün Azərbaycan hakimiyyətinin razılığını gözləyir.

Assambleya hesab edir ki, Azərbaycan hakimiyyəti mütəmadi olaraq Avropa Şurasının Baş Katibinə və Nazirlər Komitəsinə mövcud vəziyyətlə, eləcə də geri qayıtmaq istəyənlərin təhlükəsizliyinin qorunması üçün görüləcək tədbirlər haqda məlumat verməlidir.

AŞ PA Assambleyanın Baş Katibindən və Nazirlər Komitəsindən Avropa Şurasının faktaraşdırıcı missiyasının təcili olaraq səfərini təşkil etməyi xahiş edir.

5d059c23-2636-4113-8675-fb4a8aee.jpg (141 KB)

AŞ PA baş katibin miqrasiya və qaçqınlar üzrə xüsusi nümayəndəsinin Ermənistana təqdim olunacaq yardımı qiymətləndirmək üçün faktaraşdırıcı missiyasını alqışlayır. Assambleya vurğulayır ki, o, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi tədbirlərə və beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə diqqətlə nəzarət edəcək”.

Qeyd edək ki, elə həmin gün-oktyabrın 12-də Türkiyə əleyhinə də qətnamə qəbul olunub. Petr Bayrın (Avstriya) məruzəsi əsasında hazırlanan qətnamədə AŞ PA "hələ 2019-cu ildə onun dərhal azad edilməsini tələb edən Avropa Məhkəməsinin aydın qərarına baxmayaraq", Türkiyə hakimiyyətinin hüquq müdafiəçisi və xeyriyyəçini hələ də azad etməməsindən "təəssüfünü" bildirib.

Türkiyə Kavalanı azad etməsə, qətnamədə ona qarşı "Maqnitski qanununu" və ya "Kavalanın qanunsuz və özbaşına azadlıqdan məhrum edilməsinə görə məsuliyyət daşıyan prokurorlar və hakimlər də daxil olmaqla, vəzifəli şəxslərə qarşı məqsədli sanksiyalar tətbiq etmək üçün" digər hüquqi alətləri tətbiq etmək təklif olunur.

Kavala 1 yanvar 2024-cü il tarixinə qədər azad edilməsə, Türkiyə nümayəndə heyətinin səlahiyyətləri dayandırıla bilər.

Göründüyü kimi, həm Azərbaycan, həm Türkiyə əleyhinə olan qətnamələr tam yalan və qərəzlidir. Bu bir daha göstərir ki, hər iki qardaş ölkəyə qarşı hücumlar bir mərkəzdən idarə olunur. Strasburqun Fransanın şəhəri olduğunu xatırlatmaq kifayət deyil, bu bir korrupsiyalaşmış ermənipərəst qüvvələrin Azərbaycana və Türkiyəyə sinxron hücumunun göstəricisidir. Şübhəsiz ki, bu qətnamələrin qəbulunun arxasında da Fransanın “xoruzunun” quyruğu görünür...

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR