Makronun həyat yoldaşından yediyi şillənin sirri: gizli mesajlar qalmaqal yaratdı
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makrondan yediyi şillənin səbəbi ilə bağlı yeni və qalmaqallı iddialar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Fransa mətbuatında yayılan məlumata görə, hadisənin arxasında prezidentin mobil telefonundakı gizli yazışmalar dayanır.
“Paris Match” jurnalının tanınmış siyasi redaktoru Florian Tardif yeni kitabında yazıb ki, ictimaiyyətə “zarafat” kimi təqdim edilən hadisə əslində ciddi ailədaxili gərginliyin nəticəsi olub.
İddialara görə, Makronun Vyetnam səfəri zamanı Bricit Makron prezidentin telefonunda gənc və məşhur aktrisa ilə yazışmaları görüb. Bu isə Fransa liderinin xanımını qəzəbləndirib və mübahisə daha da böyüyüb.
Qalmaqalın mərkəzində isə dünya miqyasında tanınan iranlı aktrisa Qolşifte Fərahini dayanır.
Kitabda iddia olunur ki, Emmanuel Makronla aktrisa arasında aylarla davam edən yaxın və emosional yazışmalar olub.

Mühacir aktrisa Qolşifte Fərahini KİMDİR?
Qolşifte Fərahani 1983-cü ildə İranın paytaxtı Tehranda anadan olub. Aktrisa və müğənni kimi tanınan Fərahani İran kinosunda erkən yaşlarından məşhurlaşıb və bir sıra beynəlxalq layihələrdə rol alıb.
O, Hollivudda “Body of Lies”, “Extraction”, “Pirates of the Caribbean: Dead Men Tell No Tales” və “Tyler Rake” kimi filmlərdəki rolları ilə geniş auditoriyaya tanınıb. Aktrisa xüsusilə Yaxın Şərq mövzulu filmlərdə və dramatik obrazlarda çıxışları ilə diqqət çəkib.

Qolşifte Fərahani uzun illərdir Fransada yaşayır. O, İran hakimiyyəti ilə yaşadığı problemlərdən sonra ölkəni tərk edib. İran mediasında yayılan məlumatlara görə, aktrisanın açıq geyimdə çəkilməsi və bəzi beynəlxalq layihələrdə iştirakı səbəbindən ona qarşı təzyiqlər olub.
Makronun yazdığı mesajlar...
Müəllifin sözlərinə görə, mesajlarda “çox gözəlsən” kimi ifadələr yer alıb. Tardif bu məlumatların sadəcə dedi-qodu olmadığını, müəyyən sübutlara əsaslandığını iddia edib.
Fransa mediası yazır ki, həmin yazışmaların üzə çıxmasından sonra cütlük arasında ciddi mübahisə yaranıb və bu gərginlik kameraların qeydə aldığı insidentlə nəticələnib.

Məlumata görə, Yelisey Sarayı əvvəlcə görüntülərin həqiqiliyini qəbul etməyib. Daha sonra isə hadisəni “adi ər-arvad mübahisəsi” kimi təqdim etməyə çalışıb.
Bricit Makronun yaxın çevrəsi isə bütün iddiaları qəti şəkildə təkzib edib. First Lady-nin komandası Qolşifte Fərahininin Makron ailəsində hər hansı problem yaratdığı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Musavat.com







