İnsanlara hürriyət, millətlərə istiqlal!

Arutyunyanla görüşən komitə sədri: “Yanındakı erməni “general” “Marlboro” çəkirdi”

3077 29.12.2023 16:11 Siyasət A A

“Azərbaycanda həbsdə olan separatçıların başçısı Araik Arutyunyanla birgə saxlanılan erməni generalı “Marlboro” siqareti çəkir”.

Bunu Musavat.com-a açıqlamasında Araik Arutyunyanla istintaq təcridxanasında görüşmüş İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov deyib.

Komitə sədri bildirib ki, görüş zamanı Arutyunyan özünü tam sərbəst və gümrah hiss edirdi:

“Dedi ki, özümü Azərbaycan vətəndaşı kimi çox rahat hiss edirəm. İstintaq təcridxanasında normal yaşayış üçün bütün şəraiti var. Saxlama kamerasında hamamı, istilik sistemi yüksək səviyyədə. Ərzaq təminatı lazımi qaydadadır.  Deyir ki, mən Azərbaycan SSRİ-də doğulmuşam, burada özümü yaxşı hiss edirəm. Özünü Bakıda sərbəst hiss edir. Söhbət zamanı gördüm ki, yanındakı general “Marlboro” siqareti çəkir. Soruşdum, dedi ki, Ermənistandan ailəsi alıb göndərir. Göndərilən bağlamalar da vaxtında onlara çatdırılır”.

Tural Hüseynov qeyd edib ki, söhbət zamanı Araik Arutyunyanın Azərbaycan dilində çox sözlər bildiyi məlum olub: “Özü də etiraf etdi ki, Azərbaycan dilində çox söz bilir, amma cümlə qurmağı bacarmır. Dedi ki, təhsilini rus dilində aldığından Azərbaycan dilində danışmağa çətinlik çəkir”.

İQAK sədri bildirib ki, Arutyunyan boş vaxtlarında rus dilində kitablar oxuyur: “Əsasən bədii ədəbiyyat oxuyur. Tez-tez kitabxanaya gedir, oradan kitablar götürüb oxuyur. Orada idman etmək üçün qurğular da var. Araik idman edir. Dedi ki, heç evində idman qurğuları olmayıb, burada həmin qurğular da var”.

Samir Əli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR