İnsanlara hürriyət, millətlərə istiqlal!

Arutyunyan seçkidə səs verə bilərmi - açıqlama

783 06.02.2024 09:09 Gündəm A A

Çingiz Qənizadə: "Araikin niyə bunu etdiyi sualına cavablar sırasında öndə "yenə də erməni yaltaqlığı, erməni riyakarlığı" fikri gəlir"

Musavat.com mötəbər qaynaqlara istinadən xəbər verir ki, Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkisində iştirak etmək üçün müvafiq qurumlara yazılı müraciət edib.

Bundan əvvəl də yazdığımız kimi, o, istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.

Sitat: “Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədilə belə davranış sərgiləyir".

Məlumatda o da vurğulanırdı ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi “Alov qüllələri”nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: “Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm”, - deyə, hər dəfə də yaltaq-yaltaq təkrar edir.

Bəs hüquq, Seçki Məcəlləsi nə deyir? İndiki vəziyyətdə Araik Arutyunyan seçkidə iştirak edə bilərmi? Araik hansı halda seçkidə iştirak edə bilər?

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bu barədə xəbərlər saytlarda və sosial şəbəkələrdə yayılandan sonra Araikin niyə buni etdiyi sualına cavablar sırasında öndə “yenə də erməni yaltaqlığı, erməni riyakarlığı” fikri gəlir: “Araik nə qədər ki, həbs olunmamışdı, Azərbaycana neçə illər idi meydan oxuyurdu, Qarabağın heç vaxt Azərbaycanın olmadığını və olmayacağını deyirdi, lazım gəlsə, Bakıya da raket atmaq barədə əmr verəcəyini bəyan edirdi. Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətmiş, hətta müharibə cinayətinə yol verdiyini öz dili ilə "Gəncəyə raket atılması əmrini şəxsən vermişəm" deməklə etiraf etmiş Araik Arutyunyanın indi həbsdə dedikləri səmimi deyil, yatlaqlıq, hiyləgərlikdir. Məsələnin hüquqi tərəfinə gəlincə, Araik Arutyunyan seçkidə iştirak etmək üçün ilk növbədə Azərbaycan vətəndaşı olmalıdır. Azərbaycan vətəndaşı olduğunu təsdiqləyən şəxsiyyət vəsiqəsinə sahib olmalıdır. Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi yalnız Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşdan yuxarı vətəndaşlara seçkidə iştirak etmək hüququ verir. Şəxs seçkidə iştirak etmək üçün vətəndaşlığını təsdiqləyən şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Ancaq məlumdur ki, Araik Arutyunyan indiyə qədər Azərbaycan vətəndaşlığını qəbul etmədiyi üçün onun Azərbaycan vətəndaşlığını təsdiqləyən şəxsiyyət vəsiqəsi yoxdur. Ona görə də əgər Araik seçkilərdə iştirak etmək istəyirsə, rəsmi şəkildə Azərbaycan vətəndaşlığını qəbul etməlidir, Azərbaycan Respublikası vətəndaşlığını təsdiqləyən şəxsiyyət vəsiqəsi olmalıdır. Nə qədər ki, bunlar olmayıb, seçkidə iştirak edə bilməz. Araik özü də bunu bilir. Sadəcə olaraq, qəsdən istintaqa o cür fikirlər deməklə yaltaq gedişlərindən birini edir. Araik Arutyunyan cinayətkardır və Azərbaycan qanunları qarşısında məsuliyyət daşıyır. Ədalət Məhkəməsi tərəfindən də layiqli cəzasını alacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR