İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryan: “Rusiya Ermənistanı bunlara məcbur edir”

947 27.12.2022 15:45 Region A A

Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə ölkənin strateji müttəfiqi Rusiyanın rəsmi İrəvanı öz ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti (“Radio Azatutyun”) məlumat yayıb.

Bununla bağlı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İctimai Televiziyanın efirində danışıb. Onun sözlərinə görə, Azərbaycana dəhliz verilməsi məsələsində rəsmi İrəvana ciddi təzyiqlər göstərilir. Laçın dəhlizinin bağlanması da bu siyasətin tərkib hissəsidir. “Bu, Ermənistan ərazisindən keçən dəhliz məntiqində Azərbaycana dəstək kontekstində, belə demək mümkünsə, geniş məsələdir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, sentyabrın 13-də eskalasiya da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”, - deyə Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə olaraq bəzi hökumətyönlü deputatların Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təsdiqləyib.

Qriqoryanın bildirdiyinə görə, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Təhlükəsizlik Şurasının katibi Ermənistanın suveren dövlət olduğunu və belə qalacağını, hazırkı Ermənistan hökumətinin əsas missiyasının müstəqilliyin qorunmasından ibarət olduğunu deyib.

“İttifaq dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir”, - deyə Armen Qriqoryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR