İnsanlara hürriyət, millətlərə istiqlal!

Arı sancmasından ölən gənc dəfn zamanı ayılıbmış - ŞOK

2523 10.07.2022 18:42 Hadisə A A

Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıbmış.

“Qafqazinfo” 24 yaşlı İlqar Qəhrəmanovun dəfndə oyanması ilə bağlı bir sıra təfərrüatları əldə edib.

Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.

Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub.

Bu gün 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır. Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İ.Qəhrəmanov bir neçə saat sonra xəstəxanada vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR