İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülerlə bağlı SEVİNDİRİCİ XƏBƏR

957 03.08.2023 14:23 İdman A A

"Real Madrid"ə keçərək bütün diqqətləri üzərinə çəkən, lakin uğursuzluğa düçar olan Arda Gülərin zədəsi ilə bağlı vəziyyət 2023-cü il avqustun 8-də müəyyənləşəcək.

Arda Gülərin sağ dizindəki zədə səbəbiylə əməliyyat olunmayacağı bəlli olub.

Sağalması müsbət olsa da, onun nə vaxt meydana qayıdacağı hələlik bəlli deyil.

Klubun tibbi rəyində Arda Gülərin sağ dizinin daxili menisküsündə zədə olduğu və türk futbolçunun ABŞ düşərgəsindən müalicə üçün Madridə göndərildiyi məlum olub.

"Real Madrid"in həkim heyətindən bildirilib ki, Arda Güler müalicəsinin ilk hissəsini başa vurub və o, özünü yaxşı hiss edir:

"Qarşıdakı 5-6 gün belə davam edərsə, əməliyyat olunmayacaq".

Bu xəbər "Real Madrid" cəbhəsindəki bəzi narahatlıqları aradan qaldırıb. 8 avqust tarixində ediləcək yoxlamalar Arda Gülərin bu mövsümdəki taleyini ortaya çıxaracaq.

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Yuventus"a 3:1 hesabı ilə uduzduqları yoldaşlıq matçından sonra Arda Gülər ​​haqda açıqlama verib.

İtaliyalı çalışdırıcı türk ulduzun zədəsi ilə bağlı deyib:

"Tibbi açıqlama vermək kifayət qədər mürəkkəbdir, lakin onun çox ciddi zədəsi yoxdur. Menikulusunda kiçik bir problem var və hansı üsula əməl edəcəyimizi dəyərləndiririk"./AZXEBER.COM

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR