İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülər: "Bir də gördüm, Ronaldo yanıma gəldi, "selamaleykum" dedi və..."

8029 10.07.2024 13:31 Maraqlı A A

Türkiyə futbol millisinin gənc oyunçusu Arda Gülər Ronaldo ilə bağlı maraqlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Arda Gülər Ronaldonun ona öz formasını verməsindən danışıb:

"Portuqaliya ilə oyunumuz bitəndə Ronaldonun formasını almaq istədim, amma bunu etməyə utandım. Joao Feliksi çoxdan tanıyıram, ona görə də ondan gedib Ronaldonun formasını mənim üçün almasını xahiş etdim. 10 dəqiqədən sonra Feliks Kriştiano ilə soyunub-geyinmə otağımıza gəldi. Kriştianonun özünün otağa gəlməsi hamını təəccübləndirdi. O, “Salam-əleyküm” dedi və köynəyini mənə verdi. Əvvəlcə fərqinə varmadım, sonra anladım ki, Kriştiano hər kəsi xoşbəxt etməyi xoşlayır, hətta onları tanımasa da. Bu anı unutmayacağımı düşünürəm. Tarixin ən yaxşı oyunçusu sənin yanına gəlib öz formasını verir, bu, inanılmaz bir şeydir”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR